ABŞ-da rüşvət və korrupsiyada təqsirləndirilən Xarici Əlaqələr Komitəsinin keçmiş sədri, Nyu-Cersi ştatının senatoru Bob Menendez barədə məhkəmə qərar verib.
Teleqraf.com xəbər verir ki, 9 həftə davam edən məhkəmə prosesindən sonra hakimlər qərarını elan edib.
Bildirilir ki, senator Menendez rüşvət almaq, istintaqa təzyiq göstərməklə məhkəmə prosesinə mane olmaq və xarici ölkə üçün fəaliyyət göstərmək də daxil olmaqla, 16 ayrı ittihamın hamısında günahkar bilinib. O, hər bir maddəyə görə 20 ilə qədər həbs cəzası ala bilər.
Menendez ona qarşı irəli sürülən bütün ittihamları rədd edib və günahsız olduğunu bildirib.