17 İyul 12:05
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqkok şəhərinin mərkəzində “Grand Hyatt Erawan” hotelində altı nəfərin cəsədi tapılıb. Onların dördünün Vyetnam, ikisinin isə ABŞ vətəndaşı olduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, xəbər verir ki, bu barədə “Khaosod” qəzeti məlumat yayıb.

Polisin məlumatına görə, məhkəmə-tibb ekspertləri onların qanında sianid olduğun müəyyənləşdiriblər. Zəhərli maddənin izi çay fincanlarında da aşkarlanıb.

İstintaq şöbəsinin məlumatına görə, ilkin ehtimala görə, qurbanlardan biri otaqdakı digər insanları zəhərləyib və sonra intihar edib. Ehtimal edilir ki, hadisə şəxsin borclu olması ilə bağlı ola bilər.

Tailand hökumətinin sözçüsü Çai Vaçaronq qeyd edib ki, Baş nazir müvafiq qurumlara hərtərəfli araşdırma aparmağı, insanların həyatı və sağlamlığı üçün hər hansı təhlükənin aradan qaldırılmasıyla bağlı tədbirlər görməyi tapşırıb.

Məlumatda bildirilib ki, hökumət başçısı hadisə yerinə baş çəkib, ilkin araşdırmanın nəticələri ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarının hesabatlarını dinləyib.

Hadisəylə bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər