Haitinin baş naziri Qari Konil silahlı dəstələrin geniş yayıldığı paytaxt Port-au-Prinsə yenidən nəzarəti ələ keçirəcəyinə söz verib.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, baş nazir silahlılardan polisə təslim olmağı xahiş edib.
"Haitini insanları öldürən və onlara təcavüz edən dəstələrdən xilas etməliyik" - baş nazir çıxışı zamanı deyib.
Qeyd edək ki, Haitidə silahlı dəstələr paytaxtın 80 faizinə nəzarət edir. Məlumata görə, bu dəstələr bu ilin ilk üç ayında 1500-dən çox insanın ölümünə və ya yaralanmasına görə məsuliyyət daşıyır. Onlar polis məntəqələrini ələ keçirir, hava limanını atəşə tuturlar. Buna görə Haiti beynəlxalq hava limanı 3 ay bağlı qalıb. Silahlı dəstələr ən son Haitinin iki ən böyük həbsxanasına basqın edərək 4000-dən çox məhbusu azad edib.