Belarusda Almaniya vətəndaşına ölüm hökmü çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Garduan” nəşri Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
30 yaşlı Riko Krigere Cinayət Məcəlləsinin altı maddəsi ilə təqsirli bilinib. O, 2023-cü ilin noyabrından həbsdədir, məhkəmə 2024-cü ilin iyun ayının sonunda baş tutub.
Krigereyə qarşı ittihamlar açıqlanmayıb.
Onun Ukrayna ilə müharibədən sonra Rusiyanın terror təşkilatı kimi tanıdığı “Rusiya azadlıq legionu” ilə əlaqədə suçlandığı ehtimal edilir.