25 İyul 01:59
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki son çıxışı böyük səs-küyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Netanyahu Fələstin tərəfdarı olan etirazçıları "axmaq" adlandırıb.

O, etirazçıları İsrailin HƏMAS ilə münaqişəsi kontekstində "təcavüzkarları" dəstəkləməkdə ittiham edib.

"Onlar “geylər Qəzza tərəfində” şüarı əvəzinə "Toyuqlar KFC tərəfdə" plakatlarını da qaldıra bilərdilər" deyə Netanyahu deyib.

Onun sərt açıqlamaları alqışlarla qarşılanıb.

Bildirilir ki, etirazçılardan 6 nəfər şüarlarına görə saxlanılıb. Buna baxmayaraq Netanyahunun çıxışı kəsilməyib.

Netanyahu həmçinin ABŞ-yə dəstəyə görə minnətdarlığını bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər