ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı yeni çıxışı ilə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, Tramp Baydenin geri çəkilməsində Kamala Harrisi günahlandırıb və onu “yalançı Kamala” adlandırıb:
"Harris tarixin ən pis vitse-prezidentidir. İndi məğlub etmək üçün yeni bir qurbanımız var. Yalançı Kamala Harris. Amerika tarixinin ən səriştəsiz və ifrat solçu vitse-prezidenti. Yeri gəlmişkən, bir sorğu keçirdilər. O, tarixin ən pis vitse-prezidenti oldu", - Tramp bildirib.
Tramp həmçinin vitse-prezident Kamala Harrisin ekoloji qərarlarını tənqid edib: "Harris deyir ki, elektrik avtomobili istehsalçılarına dəstək verməyəcək. Daha neft və benzin yoxdur. Enerji doldurmadan təxminən 45 dəqiqə gedən elektrik avtomobilinizə uğurlar..."