27 İyul 08:25
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Donald Tramp hesab edir ki, prezident Co Baydenin indiki administrasiyasının siyasəti ucbatından ölkə dəhşətli günlər və tənəzzül yaşayır.

Teleqraf.com xəbər verir ki, Tramp bunu Floridada tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Biz tənəzzüldə olan bir millətik. Biz öz inamını, iradəsini və gücünü itirmiş, yolumuzu azmış bir millətik. Bu dəhşətin davam etməsinə imkan verməyəcəyik", - deyə o bildirib.

O, həmçinin Bayden və hazırkı vitse-prezident Kamala Harrisi ABŞ tarixinin ən pis və səriştəsiz administrasiyası adlandırıb.


Müəllif: Teleqraf.com