İsrail Xarici İşlər Nazirliyi rəhbərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz bəyanatlarına cavab olaraq hakimiyyəti İsrailə qarşı bütün mümkün ssenariləri nəzərdən keçirməyə çağırıram.
Teleqraf.com xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının sədri (MHP) sədri Dövlət Baxçalı deyib.
"İstər siyasi, strateji, istərsə də hərbi, bütün mümkün ssenarilər nəzərə alınmalıdır. Qəzzada təxminən 40 min günahsız insanın ölümünə görə məsuliyyət daşıyan İsrail rəhbərliyinin cavab verəcəyi gün uzaqda deyil. Bu, sadəcə səbr və vaxt məsələsidir", - Baxçalı bildirib.