Livan hökuməti İsrail Müdafiə Qüvvələrinin (İDF) Beyrutun cənub ətrafına endirdiyi zərbəni müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazir Nəcib Mikatinin ofisi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda deyilir ki, müzakirə sabah 31 iyulda keçiriləcək.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanın paytaxtına endirdiyi zərbə nəticəsində 6 uşaq və 11 yaşlının yaralandığı məlum olub.