ABŞ müdafiə naziri Lloyd Ostin və İsrail müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, İsrail müdafiə naziri amerikalı həmkarını "Hizbullah"ın komandiri Fuad Şükrün öldürülməsi ilə nəticələnən əməliyyat barədə məlumatlandırıb.
"İsrail müharibəyə can atmır, amma öz vətəndaşlarını müdafiə etmək üçün "Hizbullah"ın istənilən hücumuna cavab verməyə hazırdır", - deyə məlumatda bildirilib.
İsrail müdafiə naziri onun ölkəsinə verdiyi dəstəyə görə Lloyd Ostinə təşəkkür edib.