İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə və Hizbullah komandiri Fuad Şükrün ölümündən sonra xalqa müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Baş nazirin sözlərinə görə, İsrail çətin günlər yaşayır, amma istənilən ssenariyə hazırdır:
"Üç həftə əvvəl HƏMAS-ın hərbi lideri Məhəmməd Deyfə hücum etdik. İki həftə əvvəl Husilərə hücum etdik, bu, Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi ən uzaq hücumlardan biri idi. Dünən Hizbullahın hərbi lideri Fuad Şükrə hücum etdik".
Həmas lideri İsmayıl Haniyənin öldürülməsindən bəhs etmədən Netanyahu bildirib ki, İsrail çətin günlər yaşayır:
"Eyni zamanda İsrail Livan Hizbullahından təhdidlər alır. Bunlar çətin günlərdir. Beyrutdan təhdidlər gəlir. İstənilən ssenariyə hazırıq. Bizə zərər verənlər, uşaqlarımızı və vətəndaşlarımızı öldürən hər kəslə hesablaşacağıq. Millətimizə zərər verənin qanı onun başına bulaşacaq", - Netanyahu bildirib.