5 Avqust 13:34
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəisi, general Hüseyn Salami HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra növbəti dəfə İsraili hədələyib.

Teleqraf.com xəbər verir ki, Salami İsrailin Qəzza zolağında HƏMAS-a qarşı apardığı müharibə ilə öz məzarını qazdığını deyib.

“Zərbə alanda səhv etdiklərini görəcəklər. Onlar həmişə səhv edirlər”, - SEPAH komandanı bildirib.

"Bu səhvlərinin nəticəsini, nə vaxt, necə və harada cavab alacaqlarını görəcəklər”, - iranlı general vurğulayıb.

İsmayıl Haniyənin öldürülməsindən danışan Salami İsraili bu sözlərlə hədələyib: “Onlar sadəcə öz məzarlarını qazırlar".

İran Xarici İşlər Nazirliyi də İsraili hücumla hədələyib, siyasi qurumdan bildirilib ki, Tehran regional eskalasiya istəmir, amma İsraili cəzalandırmalıdır.

“İran regional gərginliyi artırmaq niyyətində deyil, amma gələcək qeyri-sabitliyin qarşısını almaq üçün İsraili cəzalandırmalı olduğuna inanır”, - İrean XİN qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər