6 Avqust 12:02
5 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa Birliyi (AB) liderləri Ukraynanı silahla təmin etməklə dünyanı faciəvi nəticələrə gətirib çıxara bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Rusiyanın təhlükəsizliyini təhdid edən Vaşinqton və Brüssel təyyarələr (F-16-ları nəzərdə tutur – red.) və raketlər tədarük və Ukraynada hərbi əməliyyatları koordinasiya edərkən, ABŞ və AB-nin parlamentləri və vətəndaşları anlamalıdırlar ki, onların dövlətlərinin dəli liderlərinin hərəkətləri dünya üçün faciəli nəticələrə səbəb ola bilərlər”, - spiker vurğulayıb.

Volodin xatırladıb ki, ABŞ nüvə silahından istifadə edən yeganə ölkə olaraq qalır. O əlavə edib ki, 79 il əvvəl Xirosima və Naqasakidə (Yaponiya) istifadə olunduqdan sonra belə silahlar ABŞ üçün qorxutma vasitəsinə çevrilib.

“Zaman keçir, amma ABŞ-nin üsulları dəyişmir. Ukraynanı ölkəmizlə müharibə üçün tramplinə çevirdilər. Çinə qarşı Asiya regionlarında NATO infrastrukturunu genişləndirirlər. Müttəfiqləri ilə birlikdə İranın dinc şəhərlərinə raket zərbələri endirirlər. Yeni münaqişələrə səbəb olur və köhnələri alovlandırırlar”, - Volodin qeyd edib.

Onun sözlərinə görə, bu gün vəziyyət dəyişib, Rusiya və Çində nüvə potensialının olması təcavüzkar (Qərb) üçün çəkindirici amildir. Spiker əlavə edib ki, Rusiyada son vaxtlar inkişaf etdirilən yüksək texnoloji silahlar ABŞ üzərində üstünlükdən danışmağa imkan verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər