7 Avqust 01:24
3 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan, Rumıniya və Polşa vaxtilə onların tərkibində olan Ukrayna ərazilərini geri qaytara bilər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri NATO-nun keçmiş müşaviri və İsveçrə kəşfiyyatının istefada olan polkovnik-leytenantı Jak Beyau deyib.

“Mən hətta Polşa, Macarıstan və Rumıniya kimi bəzi qonşu dövlətlərin vaxtilə onlara məxsus olan ərazilərdən öz paylarını almaq istəyə biləcəyi faktını qeyd etmirəm” - Beyau deyib.

O xatırladıb ki, artıq informasiya məkanında oxşar ssenari yaranıb, ona görə də bunu istisna etmək olmaz. Beyaunun sözlərinə görə, bu gün biz avropalıların hərəkətləri nəticəsində “Ukraynanın sonu”nun şahidi oluruq.


Müəllif: Arzu

Oxşar xəbərlər