10 Avqust 08:00
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.

Məlumatda deyilir ki, daha altı Belarus şirkəti və on fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. Onların arasında Belarus prezidentinin kiçik oğlu Nikolay Lukaşenko və Belarus Ordusunun Baş Qərargah rəisi Pavel Muraveyko da var.

Sanksiyalar Belarusun Rusiya qoşunlarının Ukraynaya daxil olmasına dəstək verdiyinə və ölkədə insan haqlarının pozulmasına görə tətbiq edilib. Sanksiya siyahısında Nikolay Lukaşenko və Pavel Muraveykodan başqa Belarus Dövlət Hərbi-Sənaye Komitəsi sədrinin birinci müavini Oleq Mişşenko, müdafiə nazirinin silahlanma üzrə müavini Andrey Fedin, hakimlər Yuliya Bliznyuk, Vitali Sinilo, İrina Pravdun, Valentina Novikova da var.

Sanksiyalar Minsk Elektrotexnika Zavodu, Displey-konstruktor bürosu, Minsk Elmi-Tədqiqat Cihazqayırma İnstitutu, Elektron Kompüter Elmi-Tədqiqat İnstitutu, mikroelektronika istehsalçısı Planar, eləcə də kənd təsərrüfatı maşınları istehsalçısı “Qomselmaş” ASC-yə də təsir edib. Press-relizdə deyilir ki, “Qomselmaş” istisna olmaqla, bu şirkətlərin hamısı Belarusun müdafiə və hərbi sənaye kompleksinin bir hissəsi kimi fəaliyyət göstərir.

Avqustun 9-da ABŞ və Böyük Britaniya da Belarusa qarşı yeni sanksiyalar elan edib.


Müəllif: Arzu

Oxşar xəbərlər