13 Avqust 11:53
3 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovu (Avakyan) Prezident Vladimir Zelenskinin yerinə uyğun namizəd hesab edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda uyğun namizəd kimi Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov qiymətləndirilir”, - açıqlamada deyilir.

Rusiya kəşfiyyatına görə, amerikalılar erməni əsilli sabiq nazirin “güclü tərəflər”i kimi Ukraynanın millətçi dairələri ilə sıx və Avropa ölkələrinin başçıları ilə davamlı əlaqələrini hesab edirlər.

Məlumatda o da vurğulanır ki, Vaşinqtonun hesab etdiyi kimi, bu, Qərbə Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə mümkün danışıqların başlanmasına daha yaxşı hazırlaşmağa imkan verəcək.

Arsen Avakov 1964-cü il yanvarın 2-də Bakı şəhərində doğulub, 1966-cı ildə ailəsi ilə birgə daimi olaraq Ukraynaya köçüb. 2014-2021-ci illərdə Ukraynanın daxili işlər naziri vəzifəsində işləyib.

Avakyan 44 günlük Vətən Müharibəsində separatçılar və Ermənistana dəstəyi ilə diqqət çəkmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər