14 Avqust 14:47
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqların növbəti mərhələsi avqustun 15-də Qətərdə keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri bildirib.

Danışıqlarda İsrail nümayəndə heyətinə “Mossad”ın rəhbəri David Barnea başçılıq edəcək.

Bu gün HƏMAS hərəkatının Siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvarın İsraillə atəşkəs sazişi bağlamaq istədiyi məlum olub.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər