14 Avqust 18:29
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya avqustun 1-də 1996-cı ilin fevralında Strasburqda imzalanmış Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasından çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin hüquqi portalında yerləşdirilmiş rəsmi məlumatında deyilir.

Qeyd olunur ki, konvensiyanın qüvvəsinin dayandırılması Məsləhət Komitəsində Rusiya ekspertinin səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırması ilə əlaqədardır.

Bundan əlavə, Rusiya müvafiq kateqoriyalı vətəndaşların, o cümlədən xaricdəki rusdilli əhalinin hüquqlarının pozulması hallarını beynəlxalq səviyyədə izləmək imkanını itirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər