“X” və “Tesla” şirkətlərinin sahibi İlon Mask 235 milyard dollar sərvətlə dünyanın ən varlı insanlarının siyahısına liderlik edir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" tərəfindən dərc edilən "Milyarderlər İndeksi" ("Bloomberg Billionaires Index") reytinqində qeyd edilib.
ABŞ-nin "Amazon" onlayn pərakəndə satış şirkətinin yaradıcısı Cef Bezos ikinci yeri tutmaqda davam edir, onun sərvəti 193 milyard dollar qiymətləndirilir. "Meta" korporasiyasının rəhbəri Mark Zukerberq 188 milyard dollar sərvəti ilə bir gün əvvəl 183 milyard dollar qiymətləndirilirdi.
Fransalı Bernar Arno 184 milyard dollarlıq sərvətlə reytinqdə dördüncü yerə düşüb. Beləliklə, dünyanın ən zəngin üç adamı ABŞ vətəndaşlarıdır.
"LVMH" şirkətinin sahibi Bernar Arno artıq dünyanın ən zəngin üç insan siyahısından çıxıb.