Ukrayna Kursk vilayətində “təhlükəsizlik zonası” yaratmağı planlaşdırır.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın reinteqrasiya naziri İrina Vereşçuk "Telegram"da paylaşım edib.
“Sərhədyanı rayonları (ilk növbədə Sumı vilayətinin sərhədyanı ərazisini) qorumaq üçün Müdafiə Qüvvələrimiz Rusiya ərazisində Ukrayna ilə bitişik təhlükəsizlik zonası yaradır”, - paylaşımda qeyd edib.