Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs elan edilməsi və israilli girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr başlayıb.
Teleqraf.com xəbər verir ki, görüşdə Misir, Qətər, ABŞ və İsrail rəsmiləri iştirak edir. Fələstinin HƏMAS hərəkatının nümayəndəsinin görüşə qatılmadığı bildirilir.
İsrailin Baş naziri Benyamin Netanyahunun Dəftərxanasının müşaviri Dmitri Gendelmanın TASS-a bildirdiyinə görə, İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı danışıqların növbəti raundu üçün Dohaya gəlib.