16 Avqust 11:08
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In “sülh və ədalət uğrunda aparılan müqəddəs müharibə”də Rusiyanın qalib gələcəyinə inandığını bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı teleqramda deyib.

“Yoldaş Kim Çen In əmin olduğunu bildirib ki, Rusiyanın möhkəm xalqı yoldaş Putinin enerjili rəhbərliyi altında dövlətin suveren hüquqları və təhlükəsizlik maraqlarını qətiyyətlə qoruyacaq, dünyada sülh və beynəlxalq ədalətə nail olmaq üçün müqəddəs müharibədə mütləq qalib gələcək”, - Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatında deyilir.

Kim Çen In teleqramda Rusiya ilə “ümumi düşmənə qarşı birgə qanlı mübarizə” və SSRİ-nin Yaponiyaya qarşı 1945-ci il avqustun 9-da başladığı müharibəyə də toxunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər