Ukrayna ordusu Rusiyanın Kursk vilayətində mövcudluğunu genişləndirməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, bunu “Bild”in açıq məlumatların təhlili üzrə mütəxəssisi Yulian Röpke deyib.
Mütəxəssisin yayımladığı xəritədə son iki-üç gündə qismən və ya tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazilər mavi rənglə qeyd olunub. Xəritəyə görə, Ukrayna qoşunları Suca şəhəri xaricində son günlər Lubimivka və Sverdlikovoya nəzarəti ələ keçirib, Korenevo və Martınivkaya yaxınlaşıb.
“Ukrayna ordusunun Kursk vilayətində hücumu davam edir. Rusiya doqquz gündür irəliləyən ukraynalıları dayandıra bilmir”, - Röpke qeyd edib.
Eyni zamanda, “Bild” yazır ki, Rusiya qoşunları da Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində irəliləyir.