17 Avqust 17:50
3 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kiyevin radioaktiv çirklənmə ilə fəlakət yaratmaq cəhdlərinə sərt cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Əgər Kiyev rejimi qitənin Avropa hissəsində geniş ərazilərin radioaktiv çirklənməsi ilə texnogen fəlakət yaratmağa yönəlmiş cinayət planlarını həyata keçirməyə başlayarsa, dərhal sərt hərbi cavab tədbirləri görüləcək”, - nazirlikdən bildirilib.

Açıqlamada qeyd olunub ki, Ukraynanın Kursk AES-ə zərbə endirməyə hazırlığı ilə bağlı müstəqil kanallar vasitəsilə alınan məlumatları lazımi ciddiliklə qiymətləndirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər