Ukraynada səfərbərlikdən yayınmağı təşkil edən iki hərbi komissar həbs edilib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Kiyev vilayətinin Borispol və Buçanski rayon hərbi komissarlıqlarının rəisləri həbs ediliblər
Onlar çağırışçılara səfərbərlikdən yayınmaqda kömək etməkdə şübhəli bilinirlər. Axtarışlar zamanı təqsirləndirilən şəxslərdən 1 milyon dollardan çox pul götürülüb.