Almaniya kansleri Olaf Şolz Ukraynadakı münaqişənin həlli yolları barədə gecə-gündüz düşünür.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, Bremendə vətəndaşlarla söhbəti zamanı deyib.
Şolz gecə-gündüz Ukraynada sülhə nail olmaq barədə düşündüyünü bildirib.
“Açığı, bu, gecə-gündüz düşündüyüm sualdır, çünki hansısa düyməni basıb sabah əmin-amanlıq olacağını deyə bilmərəm”.