20 Avqust 17:07
1 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın özəl hərbi şirkətlərinin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində işğalında iştirakına dair ortaya çıxan dəlillər Amerikanın Ukraynadakı münaqişədə iştirakını sübut edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-ın Moskvadakı müvəqqəti işlər vəkili Stefani Holmsun bu quruma çağırılması ilə bağlı açıqlamasında deyilir.

“Co Bayden administrasiyasının Ukrayna neonasistlərinin Rusiyaya hücumunda iştirak etməməsi ilə bağlı iddialarına zidd olan bu cür hərəkətlər ABŞ-ın münaqişənin birbaşa iştirakçısı kimi Vladimir Zelenskinin zərərli planlarında yer aldığını açıq şəkildə sübut edir”, - bəyanatda qeyd olunur.

Həmçinin Rusiya XİN-ə çağırılan ABŞ diplomatına Kursk vilayətinə qanunsuz daxil olmuş amerikalı jurnalistlərin hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər