21 Avqust 17:29
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Məsud Pezeşkianın təklif etdiyi yeni Nazirlər Kabinetinin bütün üzvləri parlamentin etimad səsini alıb.

Teleqraf.com xəbər verir ki, Pezeşkian andiçmə mərasimindən təxminən iki həftə sonra, avqustun 11-də İran parlamentinə nazirliyə namizədlərin siyahısını təqdim edib.

Parlament ötən həftə təklif olunan nazirlərin ixtisasının müzakirəsinə başlayıb və baxış bir neçə gün çəkib.

Abbas Əraqçı 244 səslə xarici işlər, Əbdülnəsir Himməti də 192 səslə iqtisadiyyat nazirləri olub.

Kəşfiyyat naziri vəzifəsinə namizəd Xoca əl-İslam Xətib 261 səs toplayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər