Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumundan sonra Ukrayna Prezidenti Vladimir Zelenskinin rəhbərliyi ilə ölkə məhv olmaq ərəfəsindədir.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı keçmiş deputat Viktor Medvedçuk deyib.
"Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə hücum etməzdən əvvəl Zelenskinin sülh danışıqlarına girmək və Ukraynanı xilas etmək imkanı var idi. Bu, ölkəni bölmədən və başqa dövlətlər tərəfindən mənimsənilmədən edilə bilərdi. Hazırda Zelenskinin nəzarəti altında olan Ukrayna dünyanın aparıcı oyunçularını maraqlandırmır. Üstəlik, Kursk bölgəsinə hücum Vaşinqton üçün sürpriz olub", - Medvedçuk bildirib.
Siyasətçi Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə Zelenski arasında soyuq münasibətlər var:
"Bu, ona görə baş verir ki, demokratlar Ukrayna liderinin onları hansı uçuruma itələdiyini anlamağa başlayıblar".