29 Avqust 10:17
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun Kursk vilayətində (Rusiya) irəliləyişi səngiyib. Hazırda Ukrayna qüvvələri nəzarətə götürdükləri əraziləri saxlamağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Eyni zamanda, mənbə bildirir ki, ruslar cəbhənin bu hissəsində vəziyyəti tədricən sabitləşdirirlər.

Son geolokasiya kadrları Rusiya hərbçilərinin vilayətin şərqindəki Korenevo kəndində əməliyyat keçirdiklərini göstərir. Bu, Ukrayna qoşunlarının ərazidən çıxarılmasından və rusların bəzi itirilmiş mövqelərini geri almasından xəbər verir.

Həmçinin məlumatda qeyd olunur ki, Ukrayna ordusu Vetreno, Kremyane və Şeptuxivka kəndlərini keçərək, Şərqi Neçayev və Çerkassi Poreçnıda, eləcə də Spalnıye kəndinin cənubunda irəliləyib.

Rusiyanın 810-cu Dəniz Briqadasının bölmələrinin isə Spirnini təmizləyərək əraziyə nəzarəti bərpa etdiyi vurğulanır.

Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının Olqovka yaxınlığında Korenevoydan şərqə, Malaya Lokna yaxınlığında Sucadan şimala, Ruska Konopelka yaxınlığında Sucadan şərqə və Borki kəndi yaxınlığında Sucadan cənub-şərqə hücum etdiyini bildirir.

Eyni zamanda, rusların Ukrayna Silahlı Qüvvələrinin Xarkovdan şimalda, Belqorod vilayətinin Juravlivka kəndi yaxınlığında beynəlxalq sərhədi keçmək cəhdlərini dəf etdiyi iddia edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər