Gecə saatlarında PUA-lar Rusiyanın üç bölgəsinə və ilhaq edilmiş Krıma hücum edib.
Teleqraf.com xəbər verir ki, dronlar Ukrayna sərhədindən təxminən 250 km aralıda yerləşən Kaluqa vilayətinə qədər uçub.
Kaluqanın qubernatoru Vladislav Şapşın sözlərinə görə, şəhərin ətrafında 4 PUA vurulub.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına əsasən, 11 dron Bryansk vilayətində, 2-si Krımda, 1-i də Belqorod vilayətində zərərsizləşdirilib. Belqorod qubernatoru Vyaçeslav Qladkov dronların 3 yaşayış məntəqəsinə hücum etdiyini, nəticədə fərdi yaşayış evlərinə və kənd təsərrüfatı müəssisəsinə ziyan dəydiyini bildirib.
Öz növbəsində Rusiyanın “Maş” Teleqram kanalının məlumatına görə, 4 PUA-dan 2-si Kaluqa Beynəlxalq Hava Limanına yaxınlaşarkən vurulub.
Ukrayna mənbələri də Krımın Canköy və Kirovsk rayonlarında partlayışlar barədə məlumat yayıb. Kirovskda aerodromun hədəfə alındığı deyilir.