2 Sentyabr 21:24
7 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın siyasi sistemləri dərin böhran yaşayır və qitə ölkələri üçün əvvəlkindən çox fərqli yeni tarixi mərhələ gəlir.

Teleqraf.com xəbər verir ki, bunu Portuqaliya Prezidenti Rebelu de Souza deyib.

Ölkə liderinin fikrincə, Avropa bir tarixi dövrün sonunda, digərinin başlanğıcındadır. Avropa ölkələri ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində dünyanın dəyişdiyi bir məqama çatıb.

“Çindəki dəyişikliklərdən sonra (dünya) əvvəlki kimi olmayacaq. (Avropa) Rusiya və ya Cənubi Afrikadakı yeni dövlətlərin, eləcə də Braziliya, Türkiyə və Hindistanın da mövqelərində eyni olmayacaq”, - de Souza vurğulayıb.

Portuqaliya prezidenti qeyd edib ki, qeyri-müəyyənlik şəraitində daha çox münaqişə yaranır, ona görə də təkcə Avropa yox, digər regionlarda da sülh üçün mübarizə aparmaq vacibdir.

De Souza əlavə edib ki, Avropa siyasi sistemləri başqa bir dövrdə yaradılıb və hazırda ətalətlə fəaliyyət göstərməkdə davam edir. Bunlar müasir çağırışlarla ayaqlaşmırlar. Portuqaliya lideri söyləyib ki, köhnə siyasi sistem öz resurslarını tükəndirib və bu, Avropa üçün ciddi problemdir.

De Souza xəbərdarlıq edib ki, Avropa ölkələri təsirini itirir və bir sıra məsələlərdə liderliyini qoruya bilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər