İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti bildirib.
"İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Livanın cənubundakı Blida bölgəsində yerləşən silah anbarına zərbə endirib", - məlumatda deyilir.
Bundan başqa, hücum zamanı Livan dövlətinin cənubunda yerləşən digər hərbi obyektlər də vurulub.