İsrail ordusu həftə ərzində İordan çayının qərb sahilində bir sıra intensiv əməliyyatlar həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, əməliyyatlar xüsusilə Cenin, Tulkərm şəhərlərində və Əl-Fara qaçqın düşərgəsində genişmiqyaslı terrorla mübarizə tədbirləri həyata keçirilib.
Ümumilikdə bir həftə ərzində adı çəkilə ərazilərdə 35-ə yaxın fələstinli radikal məhv edilib, terror fəaliyyətində iştirakda şübhəli bilinən daha 45 nəfər saxlanılıb.
Bundan əlavə, onlarla silah və partlayıcı qurğu müsadirə edilib, üç partlayıcı laboratoriya məhv edilib.