Rusiya ordusunun Kursk vilayətində əks-hücum əməliyyatları davam edir. Hazırda bölgədə vəziyyət qeyri-sabitdir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Son geolokasiya kadrlarından görünür ki, ruslar Juravlinin şərqində Ukrayna ordusunun tutduğu mövqeləri geri alıb. Bundan başqa, Rusiya qoşunlarının Snaqostdan şimala və şimal-şərqə doğru irəlilədiyi bildirilir.
Rusiya mediasının məlumatına görə, rus qoşunları Korenevo yaxınlığında şimaldan əks-hücuma keçib və sürətlə Snaqosta doğru irəliləyir. Bəzi mənbələr rusların Snaqostu tamamilə geri aldıqlarını iddia edir. Həmçinin bu istiqamətdə Çervonojovtnev, Komarivka, Vışnivka, Apanasivka, Obuxivka, Byaqovo və Qordivkapne kəndlərinin qaytarılması barədə də məlumat var.
Amerikalı analitiklərin fikrincə, Rusiya Kursku tam geri almaq üçün Ukraynadakı qüvvələrinin müəyyən qismini bura yönəldə bilər. Amma belə bir yerdəyişmənin nə vaxt həyata keçiriləcəyi bəlli deyil.