Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatın məqsədi Rusiyanı Donbassdan sərhəd bölgəsinə qoşun yeritməyə məcbur etməkdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Vladimir Zelenski CNN-ə müsahibəsində danışıb.
“İdeya bəzi Rusiya qüvvələrini Kursk vilayətinə köçürmək idi. Mən hesab edirəm ki, bu, düzgün fikir idi”, - Zelenski bildirib.
O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə sərhəd bölgəsinə hücumunu riskli əməliyyat adlandırıb.