Amerikalı iş adamı İlon Mask ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd cəhdini şərh edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Heç kim Baydeni və ya Kamalanı öldürməyə belə cəhd etmir " Mask paylaşımında qeyd edib.
Bundan başqa Mask bildirib ki, Co Baydenə sui-qəsd cəhdlərinin olmamasına baxmayaraq, hazırkı ABŞ prezidenti istənilən halda “gəzən cəsəd”ə çevrilib.