Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın helikopteri havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zimbabvenin informasiya naziri Cenfana Musverenin bəyanat yayıb.
Bildirilib ki, Prezident helikopterdə olmayıb, ekipaj sağ qalıb.
İlkin məlumatlara görə, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.
Zimbabve Mülki Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır.