17 Sentyabr 18:38
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb.

Bildirilib ki, qurğular Livanın cənubunda partlayıb. Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.

"Hizbullah" mənbələri bunu İsraillə təxminən bir ildir davam edən müharibədə ən ciddi təhlükəsizlik problemi kimi qiymətləndirib.

Beyrutdakı partlayışda İran səfiri Müctəba Əmani də yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər