Livandakı partlayışlarda ABŞ-ın heç bir rolu yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ Livanla sərhəddə Yaxın Şərq münaqişəsinin “ikinci cəbhəsi”nin başlamasının qarşısını almaq üçün tədbirlər görür.
"Biz dünən və bu gün baş verən hadisələrdə heç bir şəkildə iştirak etməmişik", - deyə Ağ Ev rəsmisi bildirib.