Livanda partlayan Yaponiyanın "İCOM" şirkətinə məxsus rabitə cihazları Rusiyanın onlayn alış-veriş saytlarında satılır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Populyar onlayn alış-veriş platformalarda "İCOM" şirkətinin "icom v82" model rabitə cihazları ilə bağlı elanlar aşkarlanıb. Bu cihazların qiyməti 10 min rubldan (təxminən 180 AZN) başlayır.