Cümə axşamı Cənubi Koreya qanunvericiləri seks videoların istehsalı, saxlanmasını və ya baxılmasını cinayət hesab edən qanun layihəsini təsdiqləyiblər.
Teleqraf.com xəbər "Reuters"ə istinadən xəbər verir ki, Cənubi Koreyada cinsi dipfakeslərin yaradıldığı və geniş şəkildə yayıldığı Telegram qrup çatları ilə bağlı qalmaqal baş verib. Bu istiqamətdə cəzaların sərtləşdirilməsi ilə bağlı çağırışlar olub.
Qanun layihəsinə əsasən, bu cür materialı əldə edən, saxlayan və ya ona baxan hər kəsi 3 ilə qədər həbs və ya 30 milyon von (22,600 dollar) məbləğində cərimələnə bilər.
Qanun layihəsinin qüvvəyə minməsi üçün ölkə prezidenti Yun Seok Yeolun təsdiqi tələb olunacaq.