Husilər baş nazir Benyamin Netanyahu ölkəyə dönərkən İsrailin Ben Qurion hava limanına raket hücumu həyata keçirdikləri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, hücumun siyasətçinin BMT Baş Assambleyasında çıxışından sonra Nyu Yorkdan qayıdarkən baş verdiyi iddia edilir.
Husilərin sözlərinə görə, hava limanına hücum “Fələstin 2” raketindən istifadə edilməklə həyata keçirilib.
Təl-Əviv hələlik vəziyyəti şərh etməyib.