2 Oktyabr 00:33
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stokholm polisi İsrailin İsveçdəki səfirliyi qarşısında atışma ehtimalını araşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "TV4 Nyheterna" telekanalı məlumat yayıb.

Məlumata görə, səfirliyin ətrafında silah səsləri eşidilib. Əraziyə gələn polislər tapança və boş güllə gilizləri tapıb.

Telekanal həmçinin bu hadisənin ilk olmadığını bildirib. Bu ilin may ayında pencəyində silah olan 15 yaşlı oğlan İsrail səfirliyinə gedərkən həbs edilib. Növbəti gecə İsrail səfirliyi yaxınlığında atışma baş verəndən sonra 14 yaşlı uşaq həbs edilib.

İsveçin kəşfiyyat agentliyi Sapo mayın 30-da İranı İsveçdə tərkibində çox sayda yetkinlik yaşına çatmayan uşaqlardan ibarət silahlı dəstəsi olduğunu açıqlayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər