1 Oktyabr 23:22
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dəstəklədiyi İraq milisləri ABŞ-ın İrana qarşı “hər hansı düşmənçilik hərəkətində” iştirak edəcəyi təqdirdə, Amerikanın regiondakı maraqlarının təhdid altında olacağını bəyan edib.

Teleqraf.com "Times of İsrail"ə istinadən xəbər verir ki, bu barədə özünü İraq Müqaviməti üzrə Koordinasiya Komitəsi adlandıran qrup açıqlama yayıb.

Açıqlamada həmçinin İsrailə raket zərbəsi endirdiyinə görə İrana cavab vermək üçün ABŞ-a İraq hava məkanından istifadə etməmək barədə xəbərdarlıq edilib:

“Amerikanın İraq və bölgədəki bütün bazaları və maraqları bizim hədəfimiz olacaq”.



Müəllif: Arzu

Oxşar xəbərlər