2 Oktyabr 09:48
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın İsrailə atdığı 181 raketin əksəriyyətini zərərsizləşdirərək, İsraillə müdafiə sahəsində tərəfdaşlıq öhdəliyini yerinə yetirib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.

“İranın bu çirkin təcavüz aktını pisləyirik və İranı öz proksi terror qruplaşmaları da daxil olmaqla növbəti hücumları dayandırmağa çağırırıq”, - Pentaqon rəhbəri bildirib.

Ostin əlavə edib ki, ABŞ Yaxın Şərqdəki qüvvələri və maraqlarını qorumaqdan, İsrail və bölgədəki tərəfdaşlarının müdafiəsini dəstəkləməkdən heç vaxt çəkinməyəcək.

Müdafiə naziri İranın hücumundan insanların həyatlarını xilas etməyə kömək edən və İsrailin müdafiəsini dəstəkləməyə və genişlənən münaqişə və ya eskalasiyanın qarşısını almağa davam edən ABŞ qüvvələrini alqışlayıb.

“Qüvvələrimiz Yaxın Şərqdəki ABŞ qoşunları və tərəfdaşlarını qorumaq üçün hazır vəziyyətdədir və xalqımızı müdafiə etmək, İsrailin özünümüdafiəsinə əlavə dəstək vermək və gələcək gərginliyin qarşısını almaq üçün ciddi imkanlara malikdir”, - Ostin söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər