3 Oktyabr 11:54
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu gecə saatlarında Ukrayna vilayətlərinə İran PUA-ları (“Şahid”) ilə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Oktyabrın 3-nə keçən gecə düşmən PUA-larla Ukrayna ərazisinə hücum edib. Ümumilikdə Hərbi Hava Qüvvələri düşmənin “Şahid” tipli 105 pilotsuz uçan aparatını aşkar edib və izləyib”, - məlumatda deyilir.

Hava hücumu Ukraynanın hərbi aviasiyası tərəfindən dəf edilib. Əks-tədbirlər nəticəsində Kiyev (paytaxt), Çerkassı, Vinnitsa, Xmelnitski, Kirovoqrad, Jitomir, Poltava, Çerniqov, Xerson, Odessa, Xarkov, Sumı, Dnepropetrovsk və İvano-Frankivsk şəhərlərində Rusiyanın 78 hücum PUA-sı vurulub.

Həmçinin qeyd edilir ki, bir pilotsuz təyyarə Belarus istiqamətində uçub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər