3 Oktyabr 10:56
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Qüvvələri gecə saatlarında Suriyanın Latakiya şəhəri yaxınlığındakı silah anbarına zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.

Hava zərbələrindən sonra hərbi obyektdə yanğın baş verib.

İsrail ordusu bundan öncə İrandan “Hizbullah” terror qruplaşmasına (Livan) Suriya üzərindən silah daşınmasının qarşısını alacağını bəyan etmişdi.

Suriyanın bəzi müxalif nəşrləri hədəfə alınan anbarın Rusiyanın Xmeymim aviabazasının daxilində olduğunu iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər