3 Oktyabr 11:19
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzində "Omarket"in (Şərq ölkələrinin kino marketi) açılış mərasimi baş tutub.

Teleqraf.com-un xəbərinə görə, Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov jurnalistlərə açıqlamasında deyib ki, bu gün Şərq ölkələrinin kino sənaye bazarına start verilib:

"İlk dəfə ölkəmizdə "Baku Cinema Breeze" Festivalı çərçisində Şərq və Mərkəzi Asiya ölkələrinin kino bazarı keçirilir. Bu tədbirin əsas məqsədi tam regional yeni kino bazarının formalaşması, həmin ölkələrdə kino sənayesi ilə fəaliyyət göstərən biznes subyektlərinin sayının artırılması, onların arasında maraqlı, yeni layihələrin həyata keçirilməsidir. Bu yeni regional bazarın böyük potensialı var. Burada digər ölkələrin nümayəndələri də təmsil olunurlar.

Bazarda ABŞ, Kanada, Avropa ölkələri, eyni zamanda Hindistan və Koreyanın şirkətləri iştirak edirlər. Məqsəd birgə layihələrə start verməkdir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər