İran İsrailə hava məkanını açan istənilən dövləti düşmən hesab edəcək.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz artıq başqa ölkələrin nümayəndələrinə bildirmişik ki, İsrailə hava məkanını açan istənilən ölkəni düşmən hesab edəcəyik. Amma ümid edirəm ki, heç kim belə bir icazə verməyəcək”, - Əraqçi qeyd edib.